Rusiyada məhkəmə 1996-ci il təvəllüdlü yeniyetmə İlya Kubrakovun həbsinə sanksiya verib. Moskva şəhərindəki kolleclərdən birində təhsil alan 14 yaşlı yeniyetmə birdən-birə iki maddə ilə ittiham edilir.
O, Qırğızıstan vətəndaşını öldürməkdə və Manej meydanında baş verən iğtişaşlara səbəb olmaqda təqsirləndirilir. Deyilənlərə görə, İlya Kubrakov Manej meydanında insanları qafqazlılara qarşı təzyiq göstərməyə çağırırmış.
Yeniyetmənin qohumları onun günahkar olmadığını bildirirlər. İlya Kubrakovun özü isə milliyətçi olmadığını iddia edir.
Moskvada iğtişaşları qızışdıran 14 yaşlı uşaq həbs edilib
Məhkəmə onu iki maddə ilə günahkar bilib




Şərhlər