Ötən axşam Moskvanın qərbində Azərbaycan vətəndaşı qətlə yetirilib. Hüquq-mühafizə orqanlarının ehtimalına görə, qətl sifarişli olub.
Hadisə yerli vaxtla saat 18.40-da (Bakı vaxtı ilə saat 19.40) qeydə alınıb. Naməlum şəxslər “Mazda” avtomobilini atəşə tutaraq, hadisə yerindən qaçıblar. Hadisə nəticəsində iki nəfər-Dağıstanda qeydiyyatda olan azərbaycanlı, 43 yaşlı Əziz İsmayılov və Moskvada yaşayan 44 yaşlı Kamil Kaştayev ölüb.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, cinayətkarlar zərərçəkənlərin olduğu avtomobilin qarşısını kəsərək, avtomatdan atəş açıblar. Maşındakı hər iki nəfər elə hadisə yerində ölüb. Əməliyyatçılar hadisə yerindən 15-dən çox giliz götürüblər.
Moskvada azərbaycanlı qətlə yetirilib
Əziz İsmayılovun olduğu avtomobil avtomatla gülləbaran edilib




Şərhlər