Moskvada Azərbaycan vətəndaşı güllələnib
04 Aprel 2011 Bazar Ertəsi 12:15
Hazırda onun vəziyyəti qənaətbəxşdir
Ötən həftə - aprelin 2-də Rusiya paytaxtı Moskvanın Həmkarlar İttifaqı küçəsində yerləşən kafelərdən birində ziyarətçilər arasında sonradan silahlı münaqişə ilə nəticələnən mübahisə baş verib. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə paytaxtın hüquq-mühafizə orqanları məlumat yayıb.
Məlumata görə, münaqişə tərəflərindən biri üzərindəki tapança ilə digərinə atəş açıb və hadisə yerindən qaçıb. Hadisənin baş verdiyi yerə baxış zamanı “Makarov” tapançasına məxsus dolu daraq, 4 giliz və güllə hissələri aşkar olunub.
Ayağından yaralanaraq xəstəxanaya yerləşdirilən şəxsin isə 24 yaşlı Azərbaycan vətəndaşı olduğu məlum olub. Həkimlər onun həyatı ilə bağlı təhlükənin olmadığını hesab edirlər.
Hazırda insident araşdırılır, hadisəni törədən şəxs axtarışdadır və hələ ki, faktla bağlı cinayət işi qaldırılmayıb.
DOSTLARINLA PAYLAŞ: