Hadisə

Moskvada Azərbaycan vətəndaşı güllələndi

Onun Rusiya paytaxtında topdan göyərti ticarəti ilə məşğul olduğu bildirilir

· Xəbərçi
Moskvada Azərbaycan vətəndaşı güllələndi
Moskvanın cənubunda maşına atəş açılıb. Hadisə nəticəsində maşının sürücüsü həlak olub.

Hüquq-mühafizə orqanlarındakı mənbənin məlumatına görə, həla kolan Azərbaycan vətəndaşıdır. Onun Moskvada topdansatış göyərti ticarəti ilə məşğul olduğu bildirilir.

Milisdə hesab edirlər ki, o, soyğunçuluq məqsədilə hücuma məruz qalıb. Azərbaycan vətəndaşı soyğunçulara müqavimət göstərmək istəyib. Onun 900 rubl pulu qarət edilib.

Şərhlər