Moskvada Azərbaycan vətəndaşı cinayətkar dəstə ilə yaxalandı
04 İyul 2011 Bazar Ertəsi 17:50
Moskvada Azərbaycan vətəndaşı cinayətkar dəstə ilə yaxalandı. 19 nəfərdən ibarət qrup anbar yarmağa cəhd göstərib.
Moskvada “Qazel” və “KamAZ” markalı maşınlarda anbardan mal oğurlamağa cəhd göstərən 19 nəfərdən ibarət qrup yaxalanıb. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bazar günü 17-si Tacikistan, biri Rusiya və biri də Azərbaycan vətəndaşı olmaqla 19 nəfər Borovoy küçəsində yerləşən zavodun ərazisinə daxil olub.

Onlar tapança ilə mühafizəçini təhdid edərək kommersiya şirkətlərindən birinə məxsus anbardan Çin istehsalı olan ayaqqabı və geyim malları oğurlamağa cəhd göstəriblər.

Aparılan operativ-axtarış tədbirləri nəticəsində oğurluğa cəhd göstərənlər elə zavod ərazisindəcə ələ keçiblər. Onlardan birinin üzərindən əldəqayırma qumbara, digərindən “Osa” tipli travmatik tapança, üç güllə və 1,52 qram heroin aşkar edilərək götürülüb. Daha bir nəfərin üzərində isə bir cib bıçağı aşkar edilib. Saxlanılanların hamısı işsiz vətəndaşlar olublar.

Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin “Xüsusilə iri həcmdə törədilmiş quldurluq” maddəsi ilə cinayət işi qaldırılıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar