Rusiyanın paytaxtı Moskva şəhərində 1988-ci il təvəllüdlü Özbəkistan vətəndaşı qətlə yetirilib. Adı çəkilməyən şəxs dünən gecə saatlarında Naximov prospektində kürək, əl və ayaq nahiyələrindən çox sayda bıçaq xəsarətləri alaraq xəstəxanaya çatdırılıb.
Səhər saat 07:00 radələrində isə gənc oğlan dünyasını dəyişib. Faktla bağlı artıq cinayət işi qaldırılıb. Qətli törətməkdə tərkibinə 3 moskvalı daxil olan qrup şübhəli bilinir. Onlardan biri, 20 yaşlı şəxs artıq saxlanılıb. Qrupun digər üzvlərinin axtarışı isə davam etdirilir.
İlkin ehtimala görə cinayət hadisəsi etnik zəmində törədilib.
Moskvada 22 yaşlı özbək qətlə yetirilib
Özbəkistan vətəndaşı səhər saatlarında xəstəxanada dünyasını dəyişib




Şərhlər