Moskva polis azərbaycanlını döyüb öldürdü
16 Aprel 2011 Şənbə 11:46
56 yaşlı taksi sürücüsünü polis zabiti döyüb
Rusiyanın paytaxtı Moskva şəhərində azərbaycanlı döyülərək, öldürülüb. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, yolda baş verən münaqişədən sonra azərbaycanlını ölümcül döyən xüsusi təyinatlı polis olub.
Hadisə ötən gün Şərq admnistrativ dairəsində 15-ci park küçəsində qeydə alınıb. Ölən Rusiyanın paytaxtında taksi fəaliyyəti ilə məşğul olan 56 yaşlı İzik İsaqov olub.
Paytaxt polis idarəsindən verilən məlumata görə, ölümün səbəblərini təyin etmək üçün tibbi ekspertiza təyin edilib. Hələlik hadisənin dəqiq səbəbi müəyyən edilməyib.
İlkin versiyaya görə, məzuniyyətdə olan zabit yolda baş verən mübahisədən sonra yaranan davanın iştirakçısı olub. Bu zaman o, Azərbaycan vətəndaşının qarın nahiyəsinə təpiklə vurub və ölümünə səbəb olub.
Digər versiyaya görə, isə Azərbaycan vətəndaşı polisə bıçaqla hücum edib, bu zaman zabit özünü müdafiə edib.
DOSTLARINLA PAYLAŞ: