Moskva metrosundakı terrordan bir il ötür
29 Mart 2011 Çərşənbə Axşamı 01:34
Bir il əvvəl baş vermiş partlayışlar nəticəsində 40 nəfər ölüb, 100-dən artıq adam yaralanıb
Moskva metropoliteninin “Lubyanka” və “Park kulturı” stansiyalarında baş vermiş terror aktından bir il ötür. Bir il əvvəl metrodakı iki partlayış 40 nəfərin həyatına son qoyub, 100-dən artıq adam xəsarət alıb.
Partlayışlar 2010-cu il martın 29-da səhər saatlarında, sərnişinlərin gür vaxtında 45 dəqiqə vasilə ilə baş verib. İstintaq partlayışları terror aktı kimi qiymətləndirib. Əvvəlcə (yerli vaxtla saat 07.52) “Lubyanka” stansiyasının ikinci yoluna daxil olan qatarın ikinci vaqonunda, saat 08.36-da isə “Park kulturı” stansiyasına daxil olan qatarın üçüncü vaqonunda partlayış olub.
Güc sturkturları “Lubyanka” stansiyasında özünü partladan qadın terrorçunun şəxsiyyətini dəqiqləşdiriblər - 28 yaşlı Dağıstan sakini Mariam Şaripova. İkinci partlayışı da qadın törədib. O, 18 yaşlı Dağıstan sakini Canet Abruaxmanova (Abdullayeva) olub. Təxminən üç ay sonra terror aktlarının təşkilatçıları və icrçıları da müəyyən edilib. Onların bəziləri həbs edilib, bəziləri isə öldürülüb. Ötən ilin mayında Rusiya Federal Təhlükəsizlik Bürosunun direktoru Aleksandr Bortnikov 29 mart terrorunda əli olan üç nəfərin zərərsizləşdirildiyini açıqlayıb. Onlardan ikisi terrorçu qadınları Moskvayadək, biri isə terror aktı zamanı müşayiət edənlər olub.
DOSTLARINLA PAYLAŞ: