Moskva metrosunda azərbaycanlı bıçaqlanıb
13 Dekabr 2010 Bazar Ertəsi 12:20
Zərərçəkən ağır vəziyyətdə xəstəxanaya çatdırılıb
Ötən həftə Rusiyada Azərbaycandan gələn mühacir olduğu güman edilən şəxs bıçaqlanıb. ANS PRESS-in “İnterfaks”a istinadən verdiyi xəbərə görə, hadisə şənbə günü axşam paytaxt Moskvanın “Çin-şəhər” metrostansiyasında qeydə alınıb.

Moskvanın hüquq-mühafizə orqanlarından verilən məlumata görə, təqribən saat 18:00 radələrində naməlum şəxs 22 yaşlı azərbaycanlıya hücum edərək ona bıçaq xəsarətləri yetirib.

“Zərərçəkən paytaxtın müxtəlif ünvanlarında yaşayıb və müəyyən yaşayış yeri olmayıb. Yaralı özünü “Kuzminok” stansiyasına, tanışının evinədək çatdıra bilib. Oradan isə qarın boşluğundan ağır bıçaq yarası ilə xəstəxanaya aparılıb”, - deyə mənbədən bildiriblər.

Sonradan zərərçəkən şəxsin Azərbaycandan Moskvaya gəldiyi müəyyən edilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar