Moskva kafesinin azərbaycanlı direktoru müştərini güllələdi
20 İyun 2011 Bazar Ertəsi 13:18
Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.
Moskvada azərbaycanlı kafe direktorunun iştirakı ilə silahlı insident baş verib. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, münaqişə paytaxtın şimalında, Festivalnı küçəsində yerləşən müəssisələrdən birində qeydə alınıb.
Məlumata görə, mübahisə zamanı Moskvada yaşayan 44 yaşlı azərbaycanlı yaxın məsafədən 45 kalibirli “Makarıç” tipli travmatik tapança ilə müştərinin başına atəş açıb. Nəticədə 36 yaşlı zərərçəkən xəstəxanalardan birinin reanimasiya şöbəsinə yerləşdirilib.
Kafenin işçi heyəti baş verən hadisədə müştərini günahlandırıblar və bildiriblər ki, müəssisə direktoru sadəcə özünü müdafiə etməyə çalışıb. Lakin müəssisə rəhbərində heç bir zədə aşkar olunmayıb.
Hazırda hüquq-mühafizə orqanları baş verən insidentlə bağlı araşdırma aparır. Cinayət işinin qaldırılması barədə məsələyə baxılır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: