Hadisə

Misirin eks-prezidenti Şarm-əl-Şeyxdə mühakimə olunacaq

Hüsni Mübarəkin səhhəti onun həbsxanaya köçürülməsinə imkan vermir

· Xəbərçi
Misirin eks-prezidenti Şarm-əl-Şeyxdə mühakimə olunacaq
Misirin eks-prezidenti Hüsni Mübarəkin məhkəməsi Şarm əl-Şeyx şəhərində keçiriləcək. Bu qərar hazırda Şarm əl-Şeyx xəstəxanasında müalicə alan Hüsni Mübarəkin səhhəti ilə bağlı vəziyyəti nəzərə alaraq çıxarılıb. Şarm əl-Şeyx şəhər məhkəməsi xəstəxanadan cəmi 300 metr aralıda yerləşdiyindən məhkəmə prosesinin tamamilə təhlükəsiz olacağı bildirilir.

Qeyd edək ki, aprelin 13-də ürək tutması ilə xəstəxanaya yerləşdirilən Hüsni Mübarəkə qarşı kütləvi etirazların iştirakçılarına qarşı atəş açılması, büdcə vəsaitlərinin mənimsənilməsi və səlahiyyətlərindən sui-istifadə ilə bağlı iş açılıb.

Şərhlər