Misirdə yaşayış evi uçdu: 2 ölü, 10 yaralı
18 Dekabr 2010 Şənbə 00:40
Dördmərtəbəli yaşayış binası qanunsuz tikili olub və xeyli vaxtdır qəza vəziyyətiymiş
Misirin İsgəndəriyyə şəhərində yaşayış evinin bir hissəsi üçub. EGYnews internet saytının məlumatına görə, hadisə nəticəsində 2 nəfər ölüb, 10 nəfər xəsarət alıb. İlkin məlumatlara görə, dördmərtəbəli yaşayış binası qanunsuz tikili olub və xeyli vaxtdır qəza vəziyyətiymiş. Hazırda hadisə yerindən dağıntı qalıqları yılılır. Mütəxəssislər bitişik qonşu binalara ziyanın dəyib-dəymədiyini araşdırırlar.
Xatırladaq ki, ötən bazar günü də İsgəndəriyyədə iş gününün qızğın vaxtında tikiş fabrikinin beşmərtəbəli binası uçmuşdu. Həmin hadisə nəticəsində 26 işçi həlak olub, 10 nəfər xəsarət almışdı. İlkin məlumatlara görə, faciəyə tikilinin qeyri-qənaətbəxş texniki vəziyyəti səbəb olub. Daha dəqiqi, ekspertlər fabrikin inşa edildiyi beton piltələrə şübhə ilə yanaşıblar.
Statistik məlumatlara görə, Misirdə 2 milyona yaxın ev sakinlər üçün təhlükəlidir. Dövlət xidmətləri qanunsuz tikililərin sökülməsi ilə bağlı 100 mindən çox qərardad çıxarıb. Lakin onlardan böyük əksəriyyəti hələ də sökülməyib.
DOSTLARINLA PAYLAŞ: