Misirdə qadın jurnalist təcavüzə məruz qaldı
16 Fevral 2011 Çərşənbə 04:43
Qadın jurnalisti ərazidə olan bir qrup qadın və 20-yə yaxın hərbçi xilas edib
Misirdəki etiraz aksiyaları davam edərkən Amerikanın “CBS” telekanalının qadın müxbiri Lara Loqan bir qrup insanın seksual xarakterli hücumuna məruz qalıb. Telekanalın verdiyi açıqlamada hadisənin prezident Hüsnü Mübarəkin istefasından sonra baş verdiyi bildirilir: “Cümə günü Qahirədəki Tahrir meydanında baş verən hadisələri izləyən Loqan, çəkiliş qrupu və təhükəsizlik xidməti əməkdaşları təxminən 200 nəfərlik qrup tərəfindən mühasirəyə götürülüb. Çəkiliş qrupundan zorla uzaqlaşdırılan Lara Loqan şiddətli və mütəmadi seksual xarakterli hücuma və zərbələrə məruz qalıb”.
Qeyd edək ki, qadın jurnalisti ərazidə olan bir qrup qadın və 20-yə yaxın hərbçi xilas edib.
Şənbə günü Amerikaya qayıdan Lora Loqan isə o gündən bəri xəstəxanada həkim nəzarəti altındadır.
DOSTLARINLA PAYLAŞ: