Misirdə baş verən iğtişaşlarda Nicat Qocayev həlak olub
30 Yanvar 2011 Bazar 13:30
Nicat Qocayev meyiti bu gün Azərbaycana gətiriləcək.
Misirdə baş verən iğtişaşlarda Azərbaycanın bu ölkədəki səfirliyinin əməkdaşı həlak olub. Bu barədə APA-ya Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov məlumat verib. E. Poluxovun sözlərinə görə, səfirliyin mühasibi Nicat Qocayev yanvarın 29-da axşam işdən evə qayıdarkən aldığı güllə yarasından ölüb.
Onun meyiti bu gün Azərbaycana gətiriləcək.

Qeyd edək ki, prezident İlham Əliyev Azərbaycan vətəndaşlarını ölkəyə gətirmək üçün Misirə təyyarə göndərilməsi barədə müvafiq göstəriş verib. Misir tərk etmək istəyən Azərbaycan vətəndaşları təyyarələr vasitəsilə ölkəyə gətiriləcək. Bunun üçün Misirə lazımi sayda təyyarə göndəriləcək.

Bunun üçün Misirdə yaşayan Azərbaycan vətəndaşları Qahirədəki səfirliyimizdə yaradılmış “Qaynar xətt”ə müraciət etməlidirlər. Onlara hər cür köməklik göstəriləcək.

“Qaynar xətt”ləin telefon nömrələri isə bunlardır:
00201 69 14 2848
00201 08 15 8628
 
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar