Hadisə

Minik avtomobili metroya girdi 2 polis öldü

Qəzaya səbəb kimi avtomobilin əyləcindəki nasazlıq və yağmurlu hava səbəbilə yolun sürüşkən olması göstərilir

· Xəbərçi
Minik avtomobili metroya girdi 2 polis öldü
Türkiyənin Adana şəhərində qeyri-adi avtomobil qəzası meydana gəlib. ANS PRESS “İhlas” agentliyinə (İHA) istinadən xəbər verir ki, minik avtomobili 20 metr dərinlikdə olan metro stansiyasına düşüb. Adana metrosu “Fatih” stansiyasında baş vermiş qəzada avtomobildə olan iki polis işçisi ölüb. Baş vermiş qəzaya səbəb kimi avtomobilin əyləcində meydana gələn nasazlıq və yağmurlu hava səbəbilə yolun sürüşkən olması göstərilir. Qeyd edək ki, polislərdən biri xəstəxanaya aparılarkən yolda, digəri isə 3 saat sonra xəstəxanada ölüb. Hüquq-mühafizə orqanları faktla bağlı araşdırmalara başlayıb.

Şərhlər