Hadisə

Mingəçevirdə “odnoklassniki.ru” saytına görə ər arvadının başını kəsib

Məlumata görə, Lenanın “odnoklassniki.ru” saytında oğlanlarla yazışmasını əri qeyrətinə sığışdırmayıb.

· Xəbərçi
Mingəçevirdə “odnoklassniki.ru” saytına görə ər arvadının başını kəsib
Mingəçevirdə dəhşətli qətl hadisəsi baş verib. RİA-nın yerli bürosunun verdiyi məlumata görə, 22 yaşlı Mingəçevir şəhər sakini Lena Smirnova əri tərəfindən qısqanclıq zəminində vəhşicəsinə qətlə yetirlib. Lenanın başını kəsən həyat yoldaşı daha sonra könüllü olaraq polisə təslim olub. Polisin verdiyi məlumata görə, hadisə ötən gün (01.08.10) saat 18:00 radələrində baş verib. Belə ki, Lenanın “odnaklassnik.ru” saytında oğlanlarla tanış olub yazışmasını əri qeyrətinə sığışdırmayıb.

Məlumata görə, qətl hadisəsini törədən, əslən Salyan rayonundan olan şəxs bir neçə il əvvəl Mingəçevirdə işlməyə gəlib. Orada Mingəçevir sakini Lena ilə tanış olan şəxs onunla evlənib. Hazırda Lenadan 2 yaşlı Raul adlı oğlu var.

Qeyd edək ki, Lena ötən gün saat 14:36 radələrində sözügedən sosial şəbəkədə olub. ANSPRESS

Şərhlər