Milli Parkda intihar edən şəxs itkin düşübmüş
08 Dekabr 2010 Çərşənbə 11:05
Dənizdən tapılan kişi meyitinin şəxsiyyəti məlum oldu
Bakıda Milli Parkın ərazisində dənizdən tapılan kişi meyitinin şəxsiyyəti məlum olub. Səbail rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, quruma dekabrın 7-si saat 15.37 radələrində bir nəfərin özünü Milli Parkda dənizə ataraq intihar etməsi barədə məlumat daxil olub. Dərhal hadisə yerinə polis və Prokurorluq əməkdaşları yollanaraq ilkin araşdırmalara başlayıb. Meyit sudan çıxarılıb.

Məlum olub ki, özünü dənizə ataraq intihar edən şəxs Nizami rayonu, Q.Qarayev küçəsi ev 124-də qeydiyyatda olan 53 yaşlı Kərim Paşa oğlu Zülfüqarovdur. O, Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsində 30 noyabr 2010-cu ildən itkin düşmüş şəxs kimi axtarışda olub.

Hazırda faktla bağlı rayon Prokurorluğunda AR CM-nin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır. Hadisənin nə səbəbdən baş verməsi hələlik bilinmir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar