Hadisə

Milli Parkda dənizdən meyit tapılıb

56 yaşlı Rasim Ziyəddin oğlu Xəlilovun cəsədi aidiyyəti üzrə təhvil verilib

· Xəbərçi
Milli Parkda dənizdən meyit tapılıb
Bakıda Dənizkənarı Milli Parkda bəbbəxt hadisə baş verib. Səbail rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, hadisə dünən axşam saatlarında Səbail rayonu ərazisində baş verib.

Məlumata görə, 56 yaşlı Rasim Ziyəddin oğlu Xəlilovun cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən suda tapılaraq və aidiyyəti üzrə təhvil verilib.

Hazırda hadisənin baş verdiyi əraziyə Prokurorluğun əməkdaşları yollanıb, araşdırma aparılır.

Hadisənin intihar olub-olmadığı araşdırılır.

Şərhlər