Hadisə

Milli Parkda dənizdən kişi meyiti tapılıb

Sudan çıxarılan meyitin kimliyi müəyyənləşdirilir

· Xəbərçi
Milli Parkda dənizdən kişi meyiti tapılıb
Bu gün Dənizkənarı Milli Parkda meyit tapılıb. Səbail rayon Polis İdarəsinin 39-cu polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, bu barədə bölməyə məlumat daxil olan kimi, hadisə yerinə əməliyyatçılar yollanıb. Hazıra naməlum şəxsin meyiti sudan çıxarılıb və onun kimliyi müəyyənləşdirilir.

Onun intihar etdiyi və yaxud öldürülərək suya atıldığı hazırda rayon Prokurorluğunun əməkdaşları tərəfindən araşdırılır.

Hadisənin nə səbəbdən baş verməsi meyitin xarici və daxili müayinəsindən sonra dəqiqləşəcək.

Şərhlər