Dünən Ermənistanın silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun zabiti ağır yaralanıb. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayevin ANS PRESS-ə verdiyi məlumata görə, hadisə cəbhənin Tərtər istiqamətində, Çiləbürt kəndi yaxınlığında qeydə alınıb.
Hərbi qulluqçu, 1986-cı il təvəllüdlü Şamil Əli oğlu Sadıqov erməni silahlı birləşmələrinin açdığı atəş nəticəsində hər iki budundan güllə yarası alıb, vəziyyəti kafidir. ANSPRESS
Milli Ordunun zabiti erməni gülləsinə tuş gəlib
Hazırda zabitin vəziyyəti kafidir.




Şərhlər