Milli Ordunun mövqelərini atəşə tutulub
01 Fevral 2012 Çərşənbə 09:53
Atəşkəs Ağdam,Xocavənd və Qazax istiqamətində pozulub.
Ermənistan silahlı qüvvələrinin bölmələri yanvarın 31-də və fevralın 1-də atəşkəsi pozublar. Erməni ordusu saat 18.10-dan 18.20-dək, 19.25-dən 19.40-dək və 23.35-dən 23.50-dək Ağdam rayonunun Şıxlar, Yusifcanlı və Cəvahirli kəndləri yaxınlığında, fevralın 1-də saat 02.15-dən 02.30-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə, saat 03.50-dən 04.10-dək Ermənistanın Noyenberyan rayonunun Berdavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Müdafiə Nazirliyinin məlumatına görə, düşmən cavab atəşi ilə susdurulub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar