Hadisə

Milli Ordunun mövqeləri atəşə tutulub

Atəşkəs Tovuz və Cəbrayıl istiqamətindən pozulub

· Xəbərçi
Milli Ordunun mövqeləri atəşə tutulub
Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 19-da və 20-də atəşkəsi pozub. Erməni ordusu saat 17.00-dan 17.05-dək və 21.15-dən 21.30-dək Ermənistanın Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Ayqezor kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Qoşa və Muncuqlu kəndlərində, fevralın 20-də saat 03.45-dən 04.00-dək Cəbrayıl rayonunun Mehdili kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, düşmən cavab atəşi ilə susdurulub.

Şərhlər