Milli Ordunun mövqeləri atəşə tutulub
11 Avqust 2011 Cümə Axşamı 10:26
Düşmən cavab atəşi ilə susdurulub
Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 10-da saat 10.02-dən 10.07-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 10.00-dan 10.15-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerlələş mövqelərdən, saat 13.50-dən 14.00-dək və 14.05-dən 14.10-dək Ağdam rayonunun Sarıcalı və Şüraabad kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 13.10-dan 13.35-dək Daşkəsən rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, avqustun 11-da saat 03.55-dən 04.05-dək Füzuli rayonunun Horadiz və Aşağı Əbdülrəhmanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.
DOSTLARINLA PAYLAŞ: