Hadisə

Milli Ordunun mövqeləri atəşə tutulub

Düşmən cavab atəşi ilə susdurulub

· Xəbərçi
Milli Ordunun mövqeləri atəşə tutulub
Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 1-də saat 00.35-dən 00.40-dək və 05.05-dən 05.15-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Qaraxanbəyli, Aşağı Seyidəhmədli və Aşağı Əbdülrəhmanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 02.30-dan 03.00-dək Ağdam rayonunun Cəvahirli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

Şərhlər