Milli Ordunun mövqeləri atəşə tutulub
13 May 2011 Cümə 09:59
Düşmən cavab atəşi ilə susdurulub
Ermənistan silahlı qüvvələrinin bölmələri mayın 13-də saat 01.50-dən 02.15-dək, 02.20-dən 02.26-dək və 03.40-dan 03.45-dək Füzuli rayonunun Aşağı Veysəlli və Aşağı Əbdülrəhmanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 02.20-dən 02.30-dək və 04.55-dən 05.15-dək Tərtər rayonunun Çaylı, Seysulan və Qızıloba kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar