Hadisə

Milli Ordunun mövqeləri 3 istiqamətdə atəşə tutulub

Bütün hallarda düşmən cavab atəşilə susdurulub

· Xəbərçi
Milli Ordunun mövqeləri 3 istiqamətdə atəşə tutulub
Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 14-də və 15-də bir necə istiqamətdə atəşkəsi pozub. Erməni ordusu ötən gün saat 23.20-dən 23.30-dək Ağdam rayonunun Yusifcanlı kəndi, saat 18.10-dən 18.20-dək, 22.00-dan 22.05-dək və sentyabrın 15-də saat 02.20-dən 02.40-dək Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı, Horadiz və Qorqan kəndləri, saat 05.20-dən 05.35-dək Tərtər rayonunun Göyarx kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Müdafiə Nazirliyinin mıətbuat xidmətindən verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

Şərhlər