Milli Ordunun hərbi qulluqçusu yaralandı
22 Noyabr 2010 Bazar Ertəsi 10:30
O, ehtiyatsızlıqdan açılan atəş nəticəsində xəsarət alıb
Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin hərbi qulluqçusu Əfqan Aşur oğlu Rəhimov digər hərbi qulluqçu Şahlarbəy Ağalarovun avtomat silahdan açdığı atəş nəticəsində yaralanıb. Müdafiə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Teymur Abdullayev ANS PRESS-ə verdiyi məlumata görə, Ə. Rəhimov hospitala yerləşdirilərək əməliyyat olunub. Hazırda vəziyyəti yaxşıdır.

Nazirliyin məlumatına görə, hadisə ehtiyatsızlıq nəticəsində baş verib, faktla bağlı araşdırma aparılır.

Ş. Ağalarovun valideynlərinin ANS PRESS-ə verdiyi məlumata görə, güllə onun qarın boşluğuna dəyib. Ə. Rəhimov Mingəçevir rayonundan həqiqi hərbi xidmətə çağırılıb. O, hərbi xidmətini başa vurduqdan sonra ordu sıralarında müqavilə əsasında qulluq edirmiş.

Qeyd edək ki, hadisə Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissədə baş verib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar