Hadisə

Milli Ordunun əsgəri vəfat edib

Elçin Kərimbəyli ürək tutmasından dünyasını dəyişib

· Xəbərçi
Milli Ordunun əsgəri vəfat edib
Azərbaycan Ordusunun daha bir əsgəri vəfat edib. Hadisə Şəmkir Hərbi Birləşməsinin hərbi hissələrindən birində qeydə alınıb.

2010-cu ilin oktyabrında Nərimanov Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmış 1992-ci il təvəllüdlü Elçin Əli oğlu Kərimbəyli ürək tutmasından dünyasını dəyişib. Mərhumun meyiti bu gün ailəsinə təhvil verilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.

Şərhlər