Hadisə

Milli Ordunun əsgəri həlak olub

Rəsul Yusifov təhlükəsizlik qaydalarının pozulması nəticəsində açılan atəşdən dünyasını dəyişib

· Xəbərçi
Milli Ordunun əsgəri həlak olub
Milli Ordunun Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində ölümü hadisəsi baş verib. Müdafiə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Teymur Abdullayevin ANS PRESS-ə verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında qeydə alınıb. 2011-ci ilin aprel ayında Oğuz rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılan 18 yaşlı Rəsul İslam oğlu Yusifov təhlükəsizlik qaydalarının pozulması nəticəsində açılan atəşdən həlak olub.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər