Hadisə

Milli Ordunun əsgəri Fərrux Hüseynov vəfat edib

Fərrux Hüseynovun xəstəlikdən dünyasını dəyişdiyi bildirilir.

· Xəbərçi
Milli Ordunun əsgəri Fərrux Hüseynov vəfat edib
Azərbaycan Ordusunun əsgəri dünyasını dəyişib. Hadisə iyulun 24-də Müdafiə Nazirliyinin Bakıdakı hərbi hissələrindən birində qeydə alınıb. Qazax rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılan 1989-cu il təvəllüdlü Hüseynov Fərrux Mədət oğlunun xəstəlikdən vəfat etdiyi bildirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, kapitan Teymur Abdullayev əsgərin ölümü faktını təsdiqləyib və bildirib ki, ölümün səbəbləri araşdırılır. ANSPRESS

Şərhlər