Milli Ordumuzun mövqeləri atəşə tutulub
19 Noyabr 2011 Şənbə 12:55
Atəşkəs Ağdam, Füzuli və Goranboy istiqamətindən pozulub.
Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 18-də atəşkəs rejimini növbəti dəfə pozublar. Erməni sordusu saat 15.40-dan 15.45-dək Ağdam rayonunun Mərzili kəndi, saat 23.10-dan 23.20-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, saat 23.15-dən 23.20-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar