Hadisə

Milli Orduda silahlı insident baş verib

Hadisə Tovuz rayonundakı “N” saylı hərbi hissəsində baş verib

· Xəbərçi
Milli Orduda silahlı insident baş verib
Dünən Müdafiə Nazirliyinin Şəmkir Hərbi Birləşməsinin Tovuz rayonundakı “N” saylı hərbi hissəsində silahlı insent qeydə alınıb. Hadisə Yevlax rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmış, 1991-ci il təvəllüdlü Ramil Boris oğlu Əliyevin xidməti silahı ilə ehtiyatsız davranaraq əsgər yoldaşı Asif Samir oğlu Əliyevə atəş açması nəticəsində baş verib.

Salyan rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılan 1991-ci il təvəllüdlü A. Əliyev başından aldığı güllə yarasından dünyasını dəyişib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev ANS PRESS-ə faktı təsdiqləyib və baş vermiş hadisə ilə bağlı cinayət işinin başlandığını, araşdırma aparıldığını bildirib.

Şərhlər