Hadisə

Milli Ordu atəşə məruz qalıb

Atəşkəs Goranboy və Xocavənd istiqamətində pozulub.

· Xəbərçi
Milli Ordu atəşə məruz qalıb
Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 30-da atəşkəsi pozub. Erməni ordusu saat 16.00-dan 16.15-dək və 18.40-dan 18.50-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndi, saat 17.05-dən 17.10-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verielən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

Şərhlər