Milli Məclisdə 5 yaşlı Sevincin ölümü müzakirə olunur
04 Mart 2011 Cümə 12:16
Millət vəkilləri bu dəhşətli qətli pisləyiblər
Milli Məclisin bu gün keçirilən növbəti iclasında 5 yaşlı Sevinc Həsənivanın ögey anası və atası tərəfindən döyülərək öldürülməsi müzakirə olunur. ANS TV-nin məlumatına görə, millət vəkilləri törədilən hadisələri pisləyiblər. İclasda insan haqları üzrə müvəkkil Elmira Süleymanovanın da fakta münasibət bildirəcəyi gözlənilir.

Qeyd edək ki, iclasın gündəliyinə İnsan Hüquqları üzrə Müvəkkilin illik məruzəsi, hökumətlərarası sazişlərin və birgə bəyənnamələrin təsdiq edilməsi daxildir. Eyni zamanda, gündəlikdə “Əməliyyat-axtarış fəaliyyəti haqqında” qanuna, Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə, “Yol hərəkəti haqqında”, “Gömrük tarifi haqqında”, “Yeyinti məhsulları haqqında”, “Notariat haqqında”, “Dərman vasitələri haqqında” qanunlara əlavə və dəyişikliklərin edilməsi əksini tapıb.

“Əlilliyin və uşaqların sağlamlıq imkanlarının məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” qanuna əlavələr edilməsi də Milli Məclisin bu günki iclasının gündəliyinə salınıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar