Mətbuat prospektindəki "Ovçular evi" yandı
03 Yanvar 2010 Bazar 12:45
Mətbuat prospektindəki "Ovçular evi" yandı. 2 nəfər ağır yanıq diaqnozu ilə reanimasiyaya yerləşdiriliblər.
Bu gün səhər saat 8.00 radələrində Yasamal rayonu, Mətbuat prospekti, "Ovçular evi" kimi tanınan ərazidə yanğın baş verib. Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub və yanğının ətraf ərazilərə keçməsinin qarşısı alınıb.
Baş verən yanğın nəticəsində 20 kvadrat metrlik ərazi yanıb, mağazada olan ov silahları və müxtəlif ov avadanlıqları yararsız hala düşüb.
Yanğın baş verən saatda orada olan mağaza sahibi və bir fəhlə xəsarət alıb. Onlar təcili 5 saylı xəstəxananın yanıq şöbəsinə aparılıblar.
Xəstəxananın növbətçi həkimi Almaz Seyidovun verdiyi məlumata görə, 48 yaşlı İlqar Məmmədov və Ruslan Əzizov 3-cü dərəcəli texniki alov yanığı diaqnozu reanimasiyaya yerləşdiriliblər, vəziyyətləri ağırdır.
Hazırda FHN-nin istintaq idarəsi ərazidə araşdırma aparır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: