Bakının Qaradağ rayonu ərazisində ağır yol qəzası baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Bərdə rayon sakini Xəlil Babayev idarə etdiyi "VAZ-2107" markalı avtomobili yolun kənarındakı dirəyə vurub. Nətiсədə X.Babayev hadisə yerində ölüb, sərnişini Natiq Сamalov isə xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.
Lent.az-ın məlumatına görə, qəza nəticəsində ölən X.Babayev Bərdə Rayon Məhkəməsinin dəftərxana müdiri, yaralanan N.Camalov isə Ədliyyə Nazirliyi Məhkəmə qərarlarının icrası baş idarəsinin Bərdə rayonu üzrə rəisidir.
Məsul vəzifəli ədliyyə əməkdaşları yol qəzasına düşdülər
Hadusə Qaradağ rayonu ərazisində baş verib




Şərhlər