Məşhur kinoaktrisa Lyudmila Qurçenko vəfat edib
31 Mart 2011 Cümə Axşamı 10:00
Rusiyanın məşhur aktrisası Lyudmila Qurçenko vəfat edib.


APA-nın məlumatına görə, 76 yaşlı aktrisa ürək tutmasından dünyasını dəyişib. Aktrisanın əri Sergey Senin Lyudmila Qurçenkonun evdə vəfat etdiyini deyib. Ölümündən bir müddət əvvəl aktrisa gəzinti zamanı yıxılaraq omba sümüyünü sındırıb. Lyudmila Qurçenko əməliyyat olunub və evə buraxılıb. Tibbi mənbələr aktrisanın səhhətinin məhz əməliyyat sonrası ağırlaşma halları ilə əlaqələndirirlər.
Lyudmila Qurçenko 1935-ci ildə Xarkovda anadan olub. 1958-ci ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunu bitirən aktrisa hələ tələbəlik illərində kino sahəsində ilk addımlarını atıb. 1956-cı ildə Yan Fridin “Həqiqət yolu” filmində debüt edən Qurçenko həmin il Eldar Ryazanovun “Karnaval gecəsi” kinokomediyasına çəkilib və bu film sahəsində böyük şöhrət qazanıb. Aktrisa sovet kinosunun şedevrləri sayılan “İki nəfər üçün vağzal”, “Məhəbbət və göyərçinlər”, “Mexanik Qavrilovun sevimli qadını” “İyirmi gün müharibəsiz” kimi filmlərdə baş rolu ifa edib. 1983-cü ildə Lyudmila Qurçenkoya SSRi-nin xalq artisti adı verilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar