Məşhur dissident Qorbaçovu məhkəməyə verib
31 Mart 2011 Cümə Axşamı 15:47
Bukovski: “Keçmiş SSRİ lideri insanlığa qarşı cinayətlər törədib”
Rusiyanın məşhur yazıçı, siyasi və ictimai xadim, alim-neyrofizioloqu Vladimir Bukovski SSRİ-nin birinci prezidenti Mixail Qorbaçovu insanlığa qarşı cinayətlərdə ittiham edərək onun barəsində orderin verilməsinə çalışır. ANS PRESS-in “Exo Moskvı”ya istinadən verdiyi xəbərə görə, Vladimir Bukovski hesab edir ki, Qorbaçov Sovet ordusundan istifadə olunaraq 1989-91-ci illərdə Bakı, Tiflis və Vilnüsdə antisovet çıxışlar edən mülki əhalinin nümayişlərinin yatırılmasına dair əmrinə görə məsuliyyətə cəlb olunmalıdır.

Onun sözlərinə görə, bu qırğınlar nəticəsində yüzlərlə insan ölüb, ən azı 2 min insan yaralanıb.
Dünən Londonun Vestminsterski Magistrat Məhkəməsi Bukovskinin keçmiş SSRİ liderinin sorğulanması və həbsinə dair ərizəsini qəbul etməyib. Bu gün isə hüquq müdafiəçisinin nümayəndələri ərizənin qəbul olunmaması ilə bağlı şikayət etmək niyyətindədirlər. Bu barədə Vladimir Bukovskinin özü “Exo Moskı”ya məlumat verib. Onun sözlərinə görə, hakim qərarı bağlı qapılar arxasında “Sovetin daha pis “telefon hüququ” ənənələri” üzrə qəbul edib.

Məhkəmə həbs barədə qərarı Qorbaçovun guya Rusiyanın rəsmi nümayəndəsi olmasına istinadən edərək qəbul etməkdən imtina edib. Bukovski isə öz növbəsində bu sübutları təkzib edir və kommunistlərin kütləvi qırğın qurbanları üçün ədalətin əldə olunması istiqamətində sonadək mübarizə aparacağına vəd verib.

Xatırladaq ki, 1990-cı ilin 20 Yanvar tarixində SSRİ prezidenti Mixail Qorbaçovun göstərişi ilə Sovet ordu hissələri həm quru, həm dəniz yolu ilə Bakı şəhərinə həmlə edərək 130-dən artıq silahsız insanı qətlə yetirib. Həmin gün Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi, Qorbaçov isə Azərbaycan xalqının qan düşməni kimi daxil olub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar