Hadisə

Məşhur aktyorun oğlu həbs edildi

Bu, Kamerun Duqlas barəsində narkotik istifadəçisi olduğu üçün verilən növbəti həbs qərarıdır

· Xəbərçi
Məşhur aktyorun oğlu həbs edildi
Məşhur Hollivud ulduzu, “Oskar” mükafatı laureatı aktyor Maykl Duqlasın oğlu barəsində məhkəmə 4.5 il həbs qərarı verib. Məlumata görə, bu, Kamerun Duqlas barəsində narkotik istifadəçisi olduğu üçün verilən növbəti həbs qərarıdır. Qeyd edək ki, Manhattan Federal məhkəməsinin verdiyi qərar prokurorluğun tələb etdiyi cəzanın iki qatından çoxdur.

Xatırladaq ki, 33 yaşlı Kamerun Duqlas narkotik istifadəçisi və satıcısı olduğu üçün keçən il aprel ayında barəsindən verilmiş 5 ayrı həbs cəzasından sonra yeni həbs cəzasını çəkməyə başlayacaq.

Şərhlər