Məşhur 2 vəkil Sarkozini məhkəməyə verir
31 May 2011 Çərşənbə Axşamı 05:01
Sarkozi “Liviyada insanlığa qarşı cinayətdə” ittiham olunur
Fransalı məşhur 2 vəkil “Liviyada insanlığa qarşı cinayətdə” ittiham etdikləri ölkə prezidenti Nikolya Sarkozi barəsində məhkəməyə müraciət edəcək. Bu barədə məlumatı Liviyanın Ədliyyə naziri İbrahim Buhzam ötən gün keçirdiyi mətbuat konfransında verib. Nazir vəkillərdən birinin sabiq xarici işlər naziri Roland Dumas, digərinin isə “Çaqqal Karlos” ləqəbli venesuellalı terrorçu İliç Ramires Sançesin vəkili kimi tanınan Jak Verces (Jacques Verges) olduğunu bildirib.

Məlumata görə, hər iki şəxs Fransanın rəhbərliyində həyata keçirilən NATO bombardımanında ölənlərin ailələrinin müraciətinə dəstək vermək üçün könüllü olublar. Vəkillər liviyalı ailələrin adına Fransadakı məhkəmələrə şikayət ərizəsi ilə müraciət edəcək.

Liviyada səfərdə olan Dumas NATO-nun mülki əhalini qorumaq əvəzinə öldürməsinin çox təəccüblü olduğunu deyərək beynəlxalq Haaqa məhkəməsində Qəddafini də müdafiə etməyə hazır olduğunu bildirib.

Vəkil Verces də həmkarının fikirlərini paylaşaraq NATO-nun qatil olduğunu deyib.

Qeyd edək ki, hər iki vəkilin bu gün Fransaya qayıtması və hüquqi prosesi başatması gözlənilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar