Danimarkada bayram namazını qılaraq məsciddən çıxan bir mömin naməlum şəxslər tərəfindən güllələnib. Hadisə paytaxt Kopenhagenin qərbindəki “Müsəlman Mədəniyyət Mərkəzi”nə aid məsciddə baş verib. Daha bir nəfərin yaralandığını da deyən polis rəsmisi hadisə barədə ətraflı məlumat verməyib. Danimarkanın “TV2” tele-kanalı isə hadisənin şahidlərinə istinadən verdiyi xəbərdə ölən və yaralanan şəxslərə hərəkətdə olan bir avtomobildən atəş açıldığını deyib.
Məsciddən çıxan mömini güllələyərək öldürdülər
Hadisə müqəddəs ramazan ayı səbəbilə qılınan bayram namazından sonra baş verib




Şərhlər