Məsciddə dondurma paylayırlar
26 Avqust 2011 Cümə 03:42
3 ildir Ramazan ayında keçirilən bu aksiya üçün hər gün 400 dondurma alınır
Türkiyənin Yalova şəhərində sadəcə Ramazan ayında qılınan Təravih namazını məsciddə qılanlar dondurmaya qonaq edilir. Mərkəzi “Əbdülqadir” məscidində 3 ildir davam edən bu ənənə xüsusilə uşaqlar tərəfindən rəğbətlə qarşılanır. Məsciddə namaz qılan möminlərdən biri olan Yaşar Nuri Üvəz 3 ildir davam edən bu ənənənin məqsədinin insanları, xüsusilə uşaqları məscidə cəlb etmək olduğunu, dondurma məsrəflərinin xeyriyyəçilər tərəfindən qarşılandığını deyib. Hər gün təxminən 400 ədəd dondurma alındığını deyən Üvəz bu aksiyaya dəstək verən xeyirsevər möminlərə təşəkkürünü bildirib.

Qeyd edək ki, Təravih sadəcə Ramazan ayında İşa vaxtından sonra qılınan 20 rükətlik namazdır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar