Mərdəkan sakini ov tüfəngi ilə inthar edib
24 Mart 2011 Cümə Axşamı 07:18
Mərhum xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb
Xəzər rayonu Mərdəkan qəsəbəsi 28 may küçəsi ev 1-də yaşayan Valeh Dadaşov ov tüfəngindən açdığı atəş nəticəsində özünə ağır bədən xəsarəti yetirib. 24 yaşlı gənci yaşadığı evdə qan içində tapan valideynləri onu təcili olaraq 3 saylı şəhər xəstəxanasına çatdırıblar. Xəstəxanaya gətirilərkən çoxlu qan itirən Valeh əməliyyat otağına qaldırılsa da həkimlər onun həyatını xilas edə bilməyiblər.

Həkimi Azər Zeynalov yaralının xəstəxanaya çatdırılarkən artıq 3 litr qan itirdiyini bildirib: “Xəstə Valeh Dadaşov odlu silahla yaralanma nəticəsində daxil olub. Daxili qanaxması vardı. 3 litrə yaxın qan itirmişdi. Xəstə özü-özünü vurduğunu deyib. Əməliyyata aparılarkən vəziyyəti ağır idi. Əməliyyatın yarısında onu xilas edə bilmədik. Xəstə qanitirmə nəticəsində öldü”.

Valehin qohumları isə mərhumun canına qəsd etməsinini səbəblərini bilmədiklərini söylədilər. Onlar Dadaşovu heç kimə dəyib-dolaşmayan sakit təbiətli bir insan olduğunu deyiblər.

Faktla bağlı C.M. müvafiq maddələri ilə cinayət işi qaldırılıb və araşdırmalar davam edir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar