Hadisə

Bakıda yol-nəqliyyat hadisəsi

Qəza nəticəsində sürücü və sərnişin yaralanaraq xəstəxanaya çatdırılıb

· Xəbərçi
Bakıda yol-nəqliyyat hadisəsi
Ötən gecə Bakının Nərimanov rayonu Ziya Bünyadov prospektində yol-nəqliyyat hadisəsi baş verib. Prospektlə Əzizbəyov dairəsi istiqamətində hərəkət edən “Mercedes-Benz” markalı avtomobil idarəetməni itirərək yolun təmir işləri aparılan hissəsində daş maneəyə çırpılıb. Qəza nəticəsində avtomobilə ciddi ziyan dəyib. Qəzadan dərhal sonra əraziyə Nərimanov rayon dövlət yol polis şöbəsinin müfəttişləri cəlb olunub. Hadisə yerində aparılan ilkin müayinələr zamanı nəqliyyat vasitəsində olan iki nəfərin xəsarət aldığı da müəyyən edilib.

Nərimanov rayon DYPŞ-nin müfəttişi Rafiq Nəbiyev sürücünün məsafəni düzgün axlaya bilməməsi nəticəsində qəza baş verdiyini deyib: “Avtomobil Ziya Bünyadov prospekti ilə sürətlə gəlib, məsafəni düzgün saxlaya bilməyərək qəza törədib. Sürücü və onun yanında oturan xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hələlik onların şəxsiyyəti müəyyən edilməyib”.

Şərhlər