Mercedes" və "VAZ-2107" toqquşub
07 Mart 2009 Şənbə 15:50
Yaralılardan Samir Qocayevin vəziyyəti orta-ağırdır

Bakının Nəsimi rayonu ərazisində 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin məlumatına görə, martın 7-də saat 00.30 radələrində Neftçilər prospektində Bakı şəhər sakini Eyvaz Kazımovun idarə etdiyi "Mercedes" və Füzuli rayon sakini Aydın Əhmədovun idarə etdiyi "VAZ-2107" markalı avtomobillər toqquşub. Nəticədə A.Əhmədovun xəsarət almış sərnişinləri, Bakı şəhər sakinləri Samir Qocayev, Elnur Hüseynzadə, habelə E.Kazımovun sərnişini Anar Alıyev xəstəxanaya yerləşdiriliblər. S. Qocayevin vəziyyəti orta-ağırdır. Digərlər yaralılara ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar. Nəsimi rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır. /ANSPRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar