Hadisə

"Mercedes"in vurduğu qadın yerindəcə öldü

Faktla bağlı araşdırma aparılır

· Xəbərçi
"Mercedes"in vurduğu qadın yerindəcə öldü
Abşeron rayonunda qadının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirlyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə fevralın 2-də saat 20:00 radlərində Abşeron rayonunun Müşfiqabad qəsəbəsi ərazisində baş verib.

Tərtər rayon sakini Rahid Məmmədov idarə etdiyi "Mercedes-C 220" markalı avtomaşınla Şamaxı rayon sakini Xədicə Sultanovanı vurub. Nəticədə X.Sultanova aldığı xəsarətdən hadisə yerində ölüb.

Hadisənin səbəbləri Nazirliyin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

Şərhlər