Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, hadisə fevralın 6-sı saat 08 radələrində Ş.Mehtiyev küçəsində qeydə alınıb.
Mingəçevir şəhər sakini Tural Abdullayev idarə etdiyi “Mercedes” markalı avtomobillə Lənkəran şəhər sakini Rəşad Cavadovu vurub. Xəsarətləri ağır olan piyada elə hadisə yerində ölüb.
Hadisənin kimin səhvi ucbatından baş verdiyi araşdırılır.
“Mercedes”in vurduğu piyada yerində keçindi
Faktla bağlı araşdırma aparılır




Şərhlər