“Mercedes” “Ford” və yük maşını toqquşub
21 Aprel 2011 Cümə Axşamı 07:05
Hadisə nəticəsində “Mercedes”in sürücüsü və sərnişini ağır yaralanıb
Ötən gecə Bakı-Şamaxı yolunun 12-ci kilomertliyində iki nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Hadisə “Mercedes”in “Ford”a, ikincinin isə yük maşınına çırpılması nəticəsində baş verib. Qəza nəticəsində “Mercedes”in sürücüsü Cavid Qurbanov və onun yanında olan sərnişin Tural Qasımzadə ağır vəziyyətdə 1 saylı şəhər xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, həkimlərin səyi nəticəsində hər iki yaralının həyatını xilas etmək mümkün olub.

Yol nəqliyyat hadisəsinin səbəbləri isə baş dövlət yol polis idarəsinin istintaq və təhqiqat şöbəsində araşdırılır. İdarənin əməkdaşları tərəfindən qəzanın qeydə alındığı ünvanda araşdırma aparılıb. Qəzanın dəqiq səbəbləri təyin ediləcək ekspertizaların rəyindən sonra məlum olacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar