Hadisə

Mənzillərdə meydana gələn partlayışda 2 nəfər yandı

Mənzillərdə meydana gələn partlayışda 2 nəfər yandı. Hadisələr Ağcabədi və Masallı rayonlarında baş verib.

· Xəbərçi
Mənzillərdə meydana gələn partlayışda 2 nəfər yandı
Ağcabədi və Masallı rayonlarında mənzildə partlayış baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Ağcabədi rayonunun Füzuli küçəsində yaşayan Gülər Şirinovanın evində ani partlayış baş verib. Partlayış qaz plitəsini yandırarkən meydana gəlib. Nəticədə G.Şirinova yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Masallı rayonunun Binə Xocavar kəndində də analoji hadisə baş verib. Kənd sakini Dilarə Əzimova hamamda su qızdırıcısını yandırarkən partlayış baş verib. O, yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Hər iki faktla bağlı araşdırma aparılır. ANSPRESS

Şərhlər