Gəncədə 13 saylı orta məktəbdə qanlı hadisə baş verib. Gəncə şəhər Baş Polis İdarəsinin rəis köməkçisi Yaşar İsmayılovun ANS PRESS-ə verdiyi məlumata görə, məktəbin VIII sinif şagirdi 14 yaşlı Kənan Orucov münaqişə zəminində həmin məktəbin XI sinif şagirdi 17 yaşlı Həbib Həsənova kəsici-deşici alətlə xəsarətlər yetirib.
Həbib Həsənov ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Polis Kənan Orucovu saxlayıb.
Qeyd edək ki, ilkin araşdırmalar zamanı tərəflərin arasında narazılığın zarafat nəticəsində yarandığı məlum olub.
Məktəblilərin zarafatı qanla nəticələndi
Gəncədə 13 saylı orta məktəbdə qanlı hadisə baş verib.




Şərhlər